Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Suriya atəşkəsində qalib Putin-dir


V.Putin və B.Obama
V.Putin və B.Obama

Suriyada son atəşkəs razılaşması bazar ertəsi elə də uğurlu başlamadı. Bashar al-Assad rejimi məhz sazişin əhatələdiyi əraziləri bombaladı. «The Washington Post» baş məqaləsində yazır ki, bu atəşkəs sazişinin işə düşməsi Moskvanın «diktator müştərisini» nə dərəcədə cilovlaya biləcəyindən asılıdır. Çünki Assad atəşkəs qüvvəyə minməmişdən bir neçə saat öncə Suriyanın bütün ərazisini güclə ələ keçirəcəyinə and içib.

SİYASİ DANIŞIQLAR BAŞ TUTSA...

«Amma Vladimir Putin rejiminin bu yöndə uğur qazanmağa, azından, motivi var. Bacaracaqsa, Putin-in ABŞ-a iradəsini diktə etmək arzusunu gerçəkləşdirmiş olacaq».

«Rusiya bir il öncə Suriyaya birbaşa hərbi müdaxiləyə başlayanda, prezident Obama onun bir bataqlığa girdiyini söyləyirdi. Amma dövlət katibi John F.Kerry-nin ötən cümə rusiyalı həmkarıyla əldə etdiyi razılaşma Putin-ə istədiyi hər şeyi vermiş oldu. Bir il öncə büdrəməkdə olan Assad rejimi güclənəcək, müxalifətə güclü bir zərbə dəyəcək. Birləşmiş Ştatlar isə Putin-in çoxdankı tələbini yerinə yetirəcək, terrorçu hesab olunanların hədəfə alınmasında Rusiyaya qoşulacaq. Suriyanın gələcəyinə dair siyasi danışıqlar baş tutsa, – bu, azından, Obama administrasiyası hakimiyyətinin qalan ayları ərzində elə də real görünmür,–Assad rejimi və onun rusiyalı və iranlı havadarları üstün mövqedə olacaqlar», - qəzet yazır.

Suriyalı qaçqınlar Türk ordusunun azad etdiyi şəhərə qayıdırlar

Suriyalı qaçqınlar Türk ordusunun azad etdiyi şəhərə qayıdırlar
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

SANKSİYA DEYİL, GÜZƏŞTLƏR QOPARMAQ

Məqalədə vurğulanır ki, bu güzəştlər nəticəsində Obama Suriyanı Assad-dan azad etmək niyyətindən əl çəkmiş olur, Birləşmiş Ştatlar Yaxın Şərqdə Rusiyanın kiçik tərəfdaşına çevrilir. Əvəzində isə Kerry Hələbə və mühasirədə olan digər yerlərə humanitar çıxışlar vəd edir. Suriya hava qüvvələrinin üsyançılar yerləşən ərazilərə «çəllək bombaları», xlor qazı atmasının qadağan olunacağı bildirilir. Amma bu razılaşmanın mətni ictimaiyyətə açıqlanmayıb və onda boşluqlar ola bilər.

«Bu, həqiqətən də baş versə və həyatlar xilas edilsə, fayda gətirər… Amma Putin-lə Assad daha öncə Suriyada, Putin isə ayrıca Ukraynada saysız atəşkəslərə razılaşıblar və hamısını da pozublar. Onların mükafatı daha çox ərazi ələ keçirmək, strateji mövqelərini gücləndirmək olub. ABŞ-dan isə sanksiya deyil, daha çox güzəşt və yeni razılaşmalardan ötrü təkliflər qoparıblar. Bu dəfə rejimlər vədlərinə bircə səbəbdən əməl edə bilərlər, axı indiki ABŞ administrasiyasının istismar müddəti bitib. Bu administrasiya bütün qırmız xətlərdən geri çəkildi, Rusiyanın Yaxın Şərqdə oturuşmasına imkan yaratdı və əliqanlı diktatordan canını qurtarmağa ümidlənən suriyalılara xəyanət etdi», - «The Washington Post» yazır.

XS
SM
MD
LG