Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:19

ABŞ-da da erkən nikaha icazə verilirmiş


Foto illüstrasiya
Foto illüstrasiya

Dünyanın demək olar ki, əksər ölkələrində qanunvericilik nikah yaşı müəyyənləşdirib. Amma elə həmin ölkələrin çoxunda yaşı 18-dən az olanların ailə qurmasına icazə verilir. Birləşmiş Ştatlar daxil olmaqla, azı 116 ölkədə uşaqların evlənməsinə icazə var. Bunu «Pew» Araşdırmalar Mərkəzi üzə çıxarıb. Qurum ABŞ Dövlət Departamenti və BMT-nin məlumatlarına əsasən 198 ölkə və ərazi üzrə təhlil aparıb.

Mərkəz bildirir ki, ilk baxışda 198 ölkənin 153-də evlənməkdən ötrü azı 18 yaşın olmalıdır. Amma elə həmin ölkələrdə bu tələbdən istisna halları yayılıb. Məsələn, Avstraliyada ailə quranlardan biri 18 yaşındadırsa, digəri məhkəmə icazəsiylə 16 yaşında ola bilər. İraq, Yamayka, Uruqvay kimi bir sıra ölkələrdə isə uşaqlar valideynlərinin icazəsiylə evlənə bilirlər.

10 YAŞINDA QIZ, 15 YAŞINDA OĞLAN EVLƏNDİRİLİR

Hər beş ölkədən birində (38 ölkədə) qadın və kişilər üçün yaş minimumu fərqlidir. Məsələn, Banqladeşdə qadınlar 18, kişilər 21 yaşında evlənə bilərlər. 38 ölkədən 37-də qadınların minimum yaşı kişilərdən daha azdır.

Ən böyük cinsi uçurum Sudandadır: qızların 10, oğlanların 15 yaşında ailə qurmasına icazə verilir.

Buna da bax- Azərbaycanda erkən nigah ən çox bu rayonlarda bağlanır

Dini baxışlardan asılı olaraq, yaş tələbi müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Filippində cütlüklər 21 yaşında icazəsiz evlənə bilərlər. Amma müsəlman oğlanların 15 yaşında evlənməsinə, müsəlman qızlar isə cinsi yetişkənlik dövrünə qədəm qoyan kimi ərə verilməsinə icazə var. Tanzaniyada müsəlman və hindu qızlar 12 yaşında ərə verilə bilər, amma nikah qız 15 yaşa çatandan sonra bağlanır.

21 YAŞDAN TEZ EVLƏNMƏYƏ İCAZƏ

27 ölkədə cütlük tərəflərindən birinin, ya hər ikisinin 18 yaşdan yuxarı olması tələb olunur. Onlardan 14-ü Asiya-Sakit Okean regionunda yerləşir. Məsələn, Çində tələb olunur ki, kişilər nikah bağlayanda 22, qadınlar 20 yaşında olsunlar. Sinqapurda isə yaşı 21-də aşağı olanlar evlənməkdən ötrü xüsusi icazə almalıdırlar.

Ölkələrin 96%-də nikah yaşı müəyyənləşir. Təkcə 6 ölkədə – Ekvatorial Qvineya, Qambiya, Səudiyyə Ərəbistanı, Somali, Cənubi Sudan və Yəməndə minimum nikah yaşı təyin olunmayıb.

Mərkəz qeyd edir ki, azyaşlıların evlənməsinə icazə verilən ölkələrdə minimum yaş tələbləri gözardı olunur. BMT və ABŞ Dövlət Departamentinin məlumatına görə, cinsi yetişkənlik yaşını azacıq keçmiş, hətta keçməmiş uşaqları zorla evləndirirlər. Məsələn, Albaniya, Bolqarıstan, Makedoniya və Ukraynada roma icmalarında qanuni minimum nikah yaşından tez ailə qururlar. Dövlət Departamenti bildirir ki, Pakistanda qadağalara baxmayaraq, yaşı 15-dən az olanlar arasında məcburi nikahlar geniş yayılıb.

XS
SM
MD
LG