Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07

Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsi keçirilir.

AZƏRTAC xəbər verir ki, futzal tarixində ilk dəfə mundialda iştirak edən Azərbaycan millisi Afrika çempionuna 5:0 hesabı ilə qalib gəlib.

Azərbaycan futzalçıları çempionatda F qrupunda İran, Mərakeş və İspaniya yığmaları ilə mübarizə aparır. Onlar ilk oyununda sentyabrın 13-də Medellin şəhərindəki «Coliseo Ivan de Bedout» idman kompleksində Afrika çempionu Mərakeş futzalçıları ilə qarşılaşıb.

Anqolalı baş hakim Jose Katemonun idarə etdiyi görüşdə Azərbaycan milli komandasının heyətində Vassura het-trik edib, Qallo və Tyaqo Bolina isə hərəyə bir dəfə fərqləniblər. Beləliklə, Azərbaycan yığması Afrika çempionunu 5:0 hesabı ilə məğlubiyyətə uğradaraq turnirə qələbə ilə başlayıb.

F qrupunun digər görüşündə isə İran və İspaniya üz-üzə gələcək.

Azərbaycan yığması ikinci oyununu sentyabrın 16-da ikiqat dünya çempionu İspaniyaya, qrupun son görüşünü isə sentyabrın 19-da Asiya çempionu İran komandasına qarşı keçirəcək.

Ümumilikdə dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparacaq. Qrupda ilk iki pilləni tutanlar və ən yaxşı üçüncü yerin sahibi olacaq dörd komanda 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

Futzal üzrə dünya çempionatının qalibi oktyabrın 1-də müəyyənləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG