Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

ATƏT müşahidəçiləri Belarusda seçkinin azad və ədalətli olmadığını deyirlər


Minskdə etiraz aksiyası

Minskdə etiraz aksiyası

ATƏT-in müşahidəçiləri Belarusda keçirilən parlament seçkisində pozuntulara yol verildiyini bəyan ediblər.

Missiyanın rəhbəri Kent Harstedt AzadllqRadiosuna müsahibəsində sentyabrın 11-də keçirilən seçkilərin azad və ədalətli olmadığını deyib.

Onun sözlərinə görə bunu beynəlxalq müşahidəçilərin aşkar etdiyi çoxsaylı pozuntular göstərir.

Amma o, ötən seçkilərlə müqaisədə bir sıra müsbət dəyişikliklər olduğunu deyir.

İlk dəfə olaraq parlamentin aşağı palatasına iki müxalifət nümayəndəsi düşüb.

Onlar “Birləşmiş vətəndaş partiyası”dan Anna Konopatskaya və “Belarus dili cəmiyyəti”dən olan Elena Anisimdir.

Qeyd edək ki, 1996-cı ildən bu yana Belarus parlamentinə müxalifət nümayəndəsi düşməyib.

Başqa bir məlumata görə isə onlarla müxalifət tərəfdarı Minskin mərkəzində seçkilərdə pozuntulara etiraz olaraq icazəsiz aksiyaya çıxıb.

Bu barədə Tass və İnterfaks agentlikləri xəbər verir.

İlkin məlumatlara görə, polis aksiyaya müdaxilə etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG