Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:31

Suriya ərazisində atəşkəs sentyabrın 12-dən rəsmi qüvvəyə minib.

Atəşkəs razılaşması ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə olunub və bu ölkədə müharibəyə son qoyulması üçün bu il edilən ikinci cəhddir.

Əgər razılaşmaya həftə ərzində əməl olunsa, ABŞ-la Rusiya koordiansiyalı şəkildə ekstremist qüvvələrin mövqelərinə havadan zərbələr endirəcəklər.

Suriya ordusu atəşkəsə əməl olunacağını bəyan edib, amma istənilən pzuntuya cavab vermək hüququ var.

Həmçinin üsyançılar atəşkəs rejiminə əməl olunacağını vəd ediblər.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb, 11 milyondan çox adam ev-eşiyindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG