Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:38

ANS-lə MTRŞ arasında serial davası davam edir


ANS-lə MTRŞ arasında serial davası davam edir

ANS-lə MTRŞ arasında serial davası davam edir

ANS telekanalının serial çəkilişi ilə bağlı Milli Teleradio və Yayım Şurası (MTRŞ) ilə məhkəmə çəkişməsi Bakı Apelyasiya Məhkəməsində davam edəcək.

Telekanal 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin dövlət qurumunun iddiası əsasında çıxardığı qərardan apelyasiya şikayəti verib.

Report-un xəbərinə görə. şikayət icraata qəbul edilib.

Buna da bax:​ "ANS ÇM" radiosunun 1 milyonluq iddiası təmin olunmadı

Bakı Apelyasiya Məhkəməsinin İlqar Mirzəzadənin rəhbərlik etdiyi məhkəmə heyəti telekanalın şikayətinə sentyabrın 14-də baxmalıdır.

İki il əvvəl Milli Teleradio və Yayım Şurası yerli kanallara serial çəkilişi ilə bağlı vəsait ayırıb. ANS-ə “Abşeron” serialının çəkilişinə görə, 160 min manat ödənilib. Şura telekanalın həmin vəsaiti təyinatı üzrə xərcləmədiyini iddia edir.

MTRŞ bildirir ki, ANS “Abşeron” əvəzinə, “Sevgi naminə” adlı serial təqdim edib. Şura həmin vəsaitin telekanaldan geri alınması barədə qərar çıxarılmasını istəyib.

MTRŞ bildirir ki, ANS “Abşeron” əvəzinə, “Sevgi naminə” adlı serial təqdim edib. Şura həmin vəsaitin telekanaldan geri alınması barədə qərar çıxarılmasını istəyib.

İşə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən, ANS qarşılıqlı iddia verib. Məhkəmə iddianı baxılmağa qəbul etməyib. Telekanal həmin qərarı yenidən məhkəmə mübahisəsi mövzusuna çevirib.

İyulun 29-da Bakı Apelyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib.

Buna da bax:​ Mirşahin Ağayev: 'Biz belə ədalətsiz qərar gözləmirdik'

Məhkəməyə MTRŞ müraciət etmişdi. Şuranın ərizəsində göstərilib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb. Telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub.

Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olub. Məktubda qeyd olunub ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilib.

Buna da bax:​ ‘FETÖ’çuların Azərbaycandakı tərəfdarlarının hamısı üzə çıxarılacaq’

MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılmışdı. Şura lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət etmişdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını səhv adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG