Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:24

Türkiyədə hakim partiyanın qərərgahı ətrafında partlayış törədilib


Van şəhərində partlayış

Van şəhərində partlayış

Türkiyənin Van şəhərində hakim “Ədalət və inkişaf” partiyasının qərərgahı ətrafında partlayış törədilib.

Yerli bələdiyyə idarəsi 48 nəfərin yaralandığını, onlardan 46-nın mülki şəxslər , ikisinin isə polis olduğunu bildirir.

Bələdiyyə idarəsi də həmin ərazidə yerləşir.

Hakimiyyət bəyan edib ki, bu hücumun arxasında PKK yaraqlıları durur.

PKK ötən ilin yayında hakimiyyətlə atəşkəs razılaşmasından çıxdıqdan sonra ölkədə bu cür hücumların artdığı müşahidə olunur.

Bu müddət ərzində 600-dən çox polis və hərbçi, həmçinin minlərlə kürd yaraqlısı öldürülüb.

Partlayış Qurban bayramının ilk gününə təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG