Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Receb Tayyib Erdoğan İlham Əliyevə zəng vurub


İlham Əliyev və Receb Tayyib Erdoğan

İlham Əliyev və Receb Tayyib Erdoğan

Sentyabrın 12-də Türkiyə prezidenti Receb Tayyib Erdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Türkiyə dövlət başçısı İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Buna da bax:​ İlham Əliyev Erdoğanla görüşüb...

«Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Öz növbəsində, onu və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib. Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb» - deyə məlumatda qeyd edilir.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sentyabrın 12-si və 13-ü bütün müsəlman dünyasında Qurban Bayramı qeyd edilir.

XS
SM
MD
LG