Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05

Azərbaycan Paralimpiya Oyunlarında 6-cı medalını qazandı


Rio Papalimpiya olunları, 27Avq2016
Rio Papalimpiya olunları, 27Avq2016

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Yelena Çebanu bürünc medal qazanıb.

Bununla da Azərbaycan millisi Rio Paralimpiadasında aktivinə 6-cı medalı yazdırıb.

Buna qədər Azərbaycan idmançıları 1 qızıl, 3 gümüş və 1 də bürünc medal qazanmışdılar.

Buna da bax:​ Paralimpiyada ilk medal

Buna qədər Azərbaycan idmançıları 1 qızıl, 3 gümüş və 1 də bürünc medal qazanmışdılar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan atleti 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində rəqibləri - almaniyalı Katrin Muller-Rotqard, Kuba təmsilçisi Omara Durand və ukraynalı Oksana Boturçukaya qarşı yarışıb. Yarış məsafəsini 23,80 saniyəyə qət edən Azərbaycan idmançısı XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.

Həlledici yarışda Kuba atleti 23,05 saniyə nəticə göstərərək qızıl medal qazanıb. Ukrayna təmsilçisi isə 23,65 saniyə nəticə ilə yarışı ikinci pillədə başa vurub.

Buna da bax:​ Paralimpiya Oyunlarının açılışı oldu

Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medala layiq görülmüşdü.

Sentyabrın 8-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki «Marakana» stadionunda XV Yay Paralimpiya Oyunlarının açılışı olub. Yarışlar sentyabrın 18-də başa çatacaq.

XS
SM
MD
LG