Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Ermənistan idmançılarını özbaşınalığa görə cəzalandıracaq


Gabriel Ghazarian
Gabriel Ghazarian

Ermənistan sentyabrın 3-8-də İssıkkul vilayətində keçirilmiş İkinci Ümumdünya Köçəri Oyunlarında rəsmən təmsil olunmayıb.

Bunu «Armenpress» agentliyi respublikanın Gənclər və İdman Nazirliyinə istinadla yazır.

Bildirilir ki, nazir Gabriel Ghazarian bu barədə bu il iyulun 27-də oyunların koordinatoru Belek Usenbekov-a rəsmi məktub göndərib.

Amma təşkilatçılar Ermənistanın ayrı-ayrı idman federasiyalarına da müraciət ediblər və bəzi idmançılar individual şəkildə bu oyunlara qatılıblar. Üstəlik, nazirliyi bilgiləndirməyiblər.

Nazirlik bildirir ki, idman federasiyalarının lisenziyalaşdırma prosesi davam edəcək və oxşar fəaliyyətlə məşğul olmuş idmançılar Ermənistanı beynəlxalq yarışlarda təmsil etmək hüququndan məhrum olunacaqlar.

Köçəri Oyunlarında əsasən türk respublikaları (o cümlədən Azərbaycan) və Rusiyanın türkdilli bölgələrinin idmançıları iştirak edirlər.

XS
SM
MD
LG