Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:12

Birinci qrup əlillərə güzəşt edilə bilər


Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

Azərbaycanda birinci qrup əlillərin təhsil haqqından azad edilməsi təklif edilir.

Milli Məclisin üzvi Məlahət İbrahimqızı «Trend»ə bildirib ki, Azərbaycanda dövlət universitetlərində təhsil alan birinci qrup əlil və ya sağlamlıq imkanları məhdud olan insanların sayı çox azdır:

«Hesab edirəm ki, birinci qrup sağlamlıq imkanları məhdud olan insanların da dövlət universitetlərində təhsil haqqından azad edilməsinə çox böyük ehtiyac var. Hər universitetdə birinci qrup sağlamlıq imkanları məhdud olan tələbələrin sayı çox azdır. Onların təhsil haqqından azad edilməsi çətin məsələ deyil».

M.İbrahimqızı Milli Məclisin payız sessiyasında bu məsələni qaldıracağını bildirib.

İndi mövcud olan qanunvericiliyə əsasən, yalnız ölkənin ərazi bütövlüyü uğrunda həlak olan insanların, qaçqın və məcburi köçkünlərin ailə üzvləri dövlət universitetlərində təhsil haqqından azaddırlar.

XS
SM
MD
LG