Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Suriyada atəşkəs qüvvəyə minir


Hələbin cənubunda hökumət qüvvələri, arxiv fotosu

Hələbin cənubunda hökumət qüvvələri, arxiv fotosu

-

Sentyabrın 12-də Suriyada gün batanda Rusiya və Birləşmiş Ştatların əldə etdiyi atəşkəs qüvvəyə minəcək. Bu razılaşma sentyabrın 9-da, bir neçə həftəlik danışıqlardan sonra əldə olunub və hələlik, ölkədə altı illik vətəndaş müharibəsinə son qoymaqdan ötrü ən yaxşı fürsət sayılır.

Atəşkəsə bir həftə əməl olunsa, ABŞ və Rusiya Jabhat Fateh al-Sham qruplaşmasına və İslam Dövləti (İŞİD) yaraqlılarına zərbələr endirməkdən ötrü birlikdə işləməyə başlayacaqlar. Al-Qaeda-ya bağlı Jabhat Fateh al-Sham daha öncə Al-Nusra Cəbhəsi kimi tanınırdı.

Amma atəşkəs ekstremist qruplara aid deyil.

Atəşkəs planı münaqişə tərəflərinin Hələbdə strateji Castello yolundan çəkilməsini və hərbsiz zona yaradılmasını nəzərdə tutur. Müxalifət və hökumət qüvvələri isə Hələbin cənubuna təhlükəsiz və maneəsiz çıxış yaratmalıdırlar.

Münaqişə edən tərəflər atəşkəsi dəstəkləsələr də, ötən həftəsonu Hələb və İdlibə hava zərbələrində 100-dək dinc sakin həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG