Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

'Özünü reklam edən hacılar...'


Qurban bayramı
Qurban bayramı

Milli-mənəvi dəyərlərə bağlılıq, Qurban bayramından reklam məqsədi ilə istifadə və Milli Şuranın sentyabrın 11-i Bakıda keçirdiyi mitinq bu gün medianın aparıcı mövzusudur.

DİNİ VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ BAĞLILIQ

«Azərbaycan» qəzetində «Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan xalqı 70 il ateist bir ölkənin tərkibində qalsa da, öz dini və milli-mənəvi dəyərlərindən ayrı yaşamayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra istər Qurban, istərsə də Ramazan bayramları hər il rəsmi şəkildə qeyd edilir.

Yazıda bildirilir ki, bu bayramlar islam dininin saflığını, humanistliyinin təsdiqidir. Müəllif fikrini əsaslandırmaqdan ötrü dövlət başçısı İlham Əliyevdən sitat da gətirir: «Mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır».

Daha sonra müəllif Qurban bayramının tarixindən, onun mahiyyətindən və Azərbaycan xalqının müqəddəs ənənələrə bağlılığından bəhs edir: «Qonaqpərvərlik, başqalarının halına yanma, rəhmlilik, xeyriyyəçilik, kimsəsizlərə baş çəkmək, dərdə şərik çıxmaq xalqımızın sahib olduğu mənəvi zənginliklərdəndir».

Müəllif qeyd edir ki, prezident Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə bütün xalqların mədəniyyətlərinə, adət-ənənələrinə, dini baxışlarına tolerant münasibət sərgiləyib. İndi Heydər Əliyevin siyasi kursunu 13 ildir ki, dövlət başçısı İlham Əliyev davam etdirir.

Müəllif yazının sonunda da yenə dövlət başçısından sitat gətirir: «Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir».

Qoyun
Qoyun

SAVAB, YOXSA REKLAM?

Musavat.com saytında da «Qurban kəsib, Həccə gedib, sosial şəbəkədə bunu paylaşanlar» sərlövhəli yazıda da Qurban bayramı mövzusu ətrafında müzakirələr davam edir.

Yazıda qeyd edilir ki, Qurban «qurbə», yəni Allaha yaxın olmaq mənasındadır.

Ekspertlərdən K.Rövşənoğlu bayramın tarixinə toxunur. Onun deməsinə görə, «Qurani-Kərim»də qeyd edilir ki, İbrahim peyğəmbər öz oğlu İsmayılı Allaha qurban götürür. Allah isə onun sədaqətini görüb oğlunun əvəzinə qoç göndərir. Ekspert vurğulayır ki, Həcc ziyarətində olan insan İbrahim peyğəmbərin əməlini təkrar edərək, dünya malını, yəni heyvanı qurban kəsərək yoxsul insanlara hədiyyə edir: «Yəni, Allah üçün malından keçir, ikincisi isə bunu yoxsul insana hədiyyə edir. Yəni bütövlükdə bu hadisə insanın Allaha yaxın olmaq, onun razılığını qazanmaq üçün etdiyi xeyir əməldir. Bunu reklam etmək İslama görə, doğru sayılmır».

Ekspertin fikrincə, digər tərəfdən belə işləri reklam kampaniyasına çevirməklə yoxsul insanlara minnət qoyulur: «Dinə görə, insanlar bu işi Allahın əmrini yerinə yetirmək, onun razılığını qazanmaq məqsədilə edir. Bu zaman onu başqa insanın bilməsinə gərək olmur».

Milli Şura Bakıda mitinq keçirir
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

SON İLLƏRİN ƏN KÜTLƏVİ AKSİYASI

Azadliq.info saytında Milli Şuranın sentyabrın 11-də Bakıda keçirdiyi mitinqdən bəhs edən «Monarxiya və yalana böyük xalq etirazı» sərlövhəli yazı oxumaq olar.

Yazıda qeyd edilir ki, aksiya Konstitusiya dəyişikliklərinə və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq keçirilib. Müəllifin fikrincə, bu mitinqi son illərin ən izdihamlı aksiyası saymaq olar.

Yazıda daha sonra mitinqdə qaldırılan şüarlara diqqət çəkilir. «Çörək baha, ət baha, yemək tapmır xalq daha», «Əməkhaqqı 105 manat, təhsil haqqı 4000 min manat», «Azərbaycan- intiharlar ölkəsi», «Biz kölə deyilik», ««Lazım» Qarabağa nə vaxt gələcək?», «Siyasi məhbuslara azadlıq», «Dəstək olaq doğruya, lənət olsun oğruya», «Yalançı da hökumət, gülençi də hökumət» kimi şüarlar mitinqin əsas tələblərini ortaya qoyub.

Yazıda mitinqdə səslənən ayrı-ayrı çıxışlardan da bəhs edilir. Müəllif AXCP sədrinin müavini Nurəddin Məmmədlidən də belə bir sitat gətirir: «Bunların yeganə məqsədi kiçik bir qrupun aşırı firavanlığı naminə bütöv bir xalqı köləyə çevirməkdir. Bunlar bu millətə qazanc yeri kimi baxırlar».

Yazıda AXCP sədri Əli Kərimlinin çıxışına da yer verilib. Əli Kərimli deyib ki, ölkədə bütün azadlıqlar boğulur. Daha sonra Ə.Kərimli iqtisadiyyat, təhsil, səhiyyə və hüquq-mühafizə sahələrindəki vəziyyətə toxunub və ölkədə ciddi islahatlara ehtiyac yarandığını söyləyib: «Bizim əsas məqsədlərimizdən biri bu referendumu boykot eləməkdir. Bu referendum nəyə görə lazım olub? Artıq üçüncü dəfədir ki, Azərbaycanın əsas qanunu bir nəfər – İlham Əliyev üçün dəyişdirilir»,-deyə Ə.Kərimli vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG