Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

Rusiyayla Çin Cənubi Çin dənizində birgə hərbi təlimlərə başlayıblar. Bu dəniz Pekinlə qonşuları arasında mübahisəli ərazi sayılır. Səkkiz günlük «Birgə dəniz-2016» təlimləri sentyabrın 12-də başlanıb.

Rəsmilər bildirir ki, məqsəd iki ordu arasında «dostyana və praktik əməkdaşlığı dərinləşdirmək»dir.

Çinlə Rusiya arasında birgə təlimlər son illər artıb, tərəflər Vaşinqton və müttəfiqləri ilə bağlı vahid mövqe paylaşırlar.

Çin Cənubi Çin dənizinin bütün ərazisində suverenlik elan edəndən sonra regionda gərginlik artıb.

Birləşmiş Ştatlar isə əraziyə hərbi gəmilər göndərməklə Çinin iddialarına meydan oxuyur, beynəlxalq dəniz yollarını açıq saxlamağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG