Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:57

Belarus parlamentində müxalifətçi olacaq


Belarusda seçkilər
Belarusda seçkilər

Belarusda bazar günü parlament seçkiləri keçirilib. Bu ölkədə prezident Alyaksandr Lukashenka müttəfiqlərinin parlamenti nəzarətdə saxlayacağı gözlənilir.

Seçici iştirakının 74.32 faiz olduğu bildirilir. Parlamentin aşağı palatasındakı 110 yer uğrunda 521 namizəd mübarizə aparıb. Onlardan 176-sı müxalifət partiyalarını təmsil edib.

MSK sədri Lidia Yermoshina jurnalistlərə deyib ki, 110 dairənin hamısında seçki baş tutmuş sayılıb.

1990-cı illərin əvvəllərindən Belarusda azad və demokratik seçki keçirilməyib. Dünənki seçkini ATƏT-in 400 müşahidəçisi izləyib və bu gün ilkin müşahidələri təqdim edəcəklər. Müxalifət təmsilçiləri seçki prosesinin ədalətli keçmədiyini bəyan ediblər.

Azı bir müxalifətçinin artıq parlamentə düşdüyü bildirilir. Vahid Vətəndaş Partiyasından Anna Konopatskaya mandat qazanıb. Rəsmilər müstəqil namizəd Yelena Anisim-in də parlamentə keçdiyini deyirlər.

Konopatskaya son 20 ildə Belarus parlamentində təmsil olunan ilk müxalifətçi olacaq.

XS
SM
MD
LG