Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04

2003-cü ildə Şəmkir rayonunun həmin dövrdəki icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin işinə Avropa Məhkəməsi baxacaq.

Bu haqda «Turan»a onun vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, sözügedən işlə bağlı Avropa Məhkəməsinə bir neçə il əvvəl şikayət göndərilib. Məhkəmə bu günlərdə şikayəti araşdırmağa başlayıb.

«Kommunikasiyaya başlanıb. Güman edirik ki, Avropa Məhkəməsi bizim iddia etdiyimiz pozuntuları tanıyacaq», - vəkil bildirib.

Vüqar Əliyev keçmiş nişanlısı Lamiyə Quliyeva ilə birlikdə 2003-cü ilin mayında icra başçısı Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə günahlandırılaraq həbs olunub.

Məhkəmə Vüqar Əliyevi ömürlük, Lamiyə Quliyevanı isə 10 il azadlıqdan məhrum etmişdi. Lamiyə Quliyeva keçən il azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG