Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:24

Öcalan-a ailəsi ilə görüş veriləcək


Abdullah Öcalan
Abdullah Öcalan

Həbsdə olan PKK lideri Abdullah Öcalan-a Qurban bayramında ailəsi ilə görüş veriləcək.

Bundan əvvəl Xalqların Demokratik Partiyası (HDP) bildirmişdi ki, uzun müddətdir Öcalan-a ailəsi ilə görüşməyə icazə verilmir. Partiya bunu Öcalan-ın səhhətində yarana biləcək problemlərlə bağlı ola biləciyini ehtimal etmişdi.

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ isə deyib ki, Öcalan-ın sağlamlığı və təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur.

PKK lideri Abdullah Öcalan 1999-cu ildə Keniyada həbs edilib. O, hazırda ömürlük həbs cəzası ilə İmralı adasındakı həbsxanada saxlanılır.

1984-cü ildən bu yana kürd separatçıları ilə Türkiyə ordusu arasında gedən silahlı mübarizədə 40 mindən artıq adam ölüb.

XS
SM
MD
LG