Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:02

'Rəy' referendumda 'exit poll' keçirəcək


«Exit poll»
«Exit poll»

Mərkəzi Seçki Komissiyası «Rəy» Monitorinq Mərkəzinin sentyabrın 26-na təyin edilmiş referendumda «exit poll» keçirməsinə icazə verib.

Qərar MSK-nın sentyabrın 10-da keçirilən toplantısında qəbul olunub.

«Turan»ın xəbərinə görə, müzakirələr zamanı mərkəzin həm parlament, həm də prezident seçkilərində monitorinq təcrübəsinin olduğu vurğulanıb. Bunu nəzərə alan MSK üzvləri mərkəz haqqında müsbət qərar veriblər.

Referendumda «Rəy» Monitorinq Mərkəzinin 450 əməkdaşı iştirak edəcək.

MSK-nın toplantısında o da bildirilib ki, referendum bülletenlərinin komissiyalara paylanılmasına sentyabrın 14-də başlanılacaq.

İclasda referendum zamanı müşahidə aparacaq şəxslərin qeydiyyatının davam etdiyi, indiyədək 46 min 569 müşahidəçinin qeydə alındığı elan olunub.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG