Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:25

Türkiyədə daha iki jurnalist – Ahmet Altan və qardaşı Mehmet Altan dövlət çevrilişinə cəhd işi ilə bağlı saxlanılıb.

Onlar prezident Recep Tayyip Erdoğan-ı təhdid etməkdə ittiham olunur.

Türkiyə mediası yazır ki, Altan-ların saxlanmasına səbəb çevriliş cəhdindən bir gün əvvəl YouTube-dan yayılan «Azad düşüncə» proqramında çevriliş çağırışı ilə bağlı fikir səsləndirmələri olub.

İyulun 15-də Türkiyədə 300-ə yaxın adamın ölümü ilə nəticələnən dövlət çevrilişinə cəhd olub. Çevriliş cəhdindən sonra Türkiyədə kütləvi həbslər və işdən çıxarmalar davam edir.

Hakimiyyət çevrilişin arxasında Fethullah Gülen-in dayandığını bildirib. Gülen bu ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG