Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

'Petkim'in bazar dəyəri açıqlanıb


Foto illüstrasiya
Foto illüstrasiya

«SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan «Petkim»in bazar dəyəri hazırda 2.3 milyard ABŞ dolları təşkil edir».

Bunu jurnalistlərə «Petkim»in baş icraçı direktoru Anar Məmmədov deyib.

AZƏRTAC-ın xəbərinə görə, A.Məmmədov bildirib ki, «Petkim» Türkiyənin neft-kimya sektorunda yeganə istehsalçıdır.

«Bu ilin ilk 7 ayında «Petkim»ə 87 milyon dollar həcmində sərmayə yatırılıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 57 milyon dollar olub. İnvestisiya qoyuluşunun artmasına səbəb kompleksin ərazisində 51 meqavat gücündə külək elektrik stansiyasının (KES) tikintisidir. KES-in gələn il istifadəyə verilməsi planlaşdırılır. Həmçinin hazırda «Star» neft emalı zavodu ilə «Petkim» arasında inteqrasiya yaradılır və müəyyən infrastruktur qurulur», - A.Məmmədov bildirib.

«Petkim» Türkiyədə 1970-ci ildə fəaliyyətə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda «Petkim Petrokimya Holding A.Ş.»nin səhmlərinin 51 faizini 2 milyard 40 milyon dollara «SOCAR&Turcas Enerji A.Ş.» əldə edib.

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə bağlı qaldırılan cinayət işi çərçivəsində «Petkim»ın 13 əməkdaşı həbs edilib. Daha 12 nəfərdən ölkəni tərk etməmək haqqında iltizam alınıb. Üstəlik, işdən çıxarılanlar var.

Həbs olunanlar arasında «Petkim Petrokimya Holding A.Ş.»nin keçmiş icraçı direktoru Sadettin Korkut, «SOCAR Turkey»in baş direktor müavini İlgar Mehmetoğlu, insan resursları şöbəsinin müdiri Raqif Fərəcov və başqaları var.

Anar Məmmədov Türkiyədəki həbslərdən sonra «Petkim»ə rəhbər təyin edilib.

XS
SM
MD
LG