Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 06:11

Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Strasburqda yola düşəcək.

Səfərdə məqsəd Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin görüşündə iştirak etməkdir.

Xəbəri Milli Məclisin mətbuat xidməti yayıb.

Nümayəndə heyətinin tərkibinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digərləridaxildir.

AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı, milli parlamentlər və Avropa Şurası, demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi, inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılacaq.

Səfər sentyabrın 16-da başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG