Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:36

Dolu düşəcək


Dolu
Dolu

Sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29, Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

XS
SM
MD
LG