Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Əmanətçilərə 252 milyon ödəndi


«Zaminbank»
«Zaminbank»

Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2016-cı il sentyabrın 9-na kimi «Parabank»ın, «Zaminbank»ın, «Kredobank»ın və «Dekabank»ın əmanətçilərinə ümumilikdə 93 milyon 667 min manatdan artıq kompensasiya ödəyib.

Xəbəri APA yayıb.

Xəbərdə deyilir ki, həmin tarixə «Atrabank» və «Qafqaz İnkişaf Bankı»nın əmanətçilərinə ümumilikdə 13 milyon 673 min, «Bank of Azerbaijan»ın, «Gəncəbank»ın, «Texnikabank»ın əmanətçilərinə isə 144 milyon 739 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu 9 banka 252 milyon 79 min manatdan artıq kompensasiya ödəyib.

2016-cı ilin yanvar-mart aylarında 7, iyul ayında isə daha 4 bankın lisenziyası ləğv edilib. Bundan sonra əmanətlərinin qaytarılmasına başlanılıb.

XS
SM
MD
LG