Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:44

Azərbaycan yığması Rio-2016 Paralimpiya Oyunlarında daha bir medal qazanıb. APA-nın xəbərinə görə, atlet Yelena Çebanu gümüş medala layiq görülüb.

Xəbərdə deyilir ki, Y.Çebanu 100 metrə məsafəyə qaçışda ikinci yeri tutub. O, 11.71 saniyə nəticə göstərib. Paralimpiya çempionu isə kubalı Omara Durand olub – 11.40 saniyə.

Bundan əvvəl cüdoçular Ramil Qasımov qızıl, Bayram Mustafayev gümüş, Rövşən Səfərov isə bürünc medal qazanıb.

XV Paralimpiya Oyunları sentyabrın 8-də başlayıb. Yarışlar sentyabrın 18-də başa çatacaq.

Azərbaycan bu yarışlarda 27 idmançı ilə təmsil olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG