Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:48

Azərbaycan Avropa çempionatına hazırlaşır


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan futbol üzrə Avropa çempionatı - 2020-nin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlayıb.

Sentyabrın 9-da prezident İlham Əliyev bu məqsədlə təşkilat komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, təşkilat komitəsinə baş nazirinin birinci müavini Yaqub Eyyubov rəhbərlik edəcək. Onun müavini isə SOCAR prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbəri Rövnəq Abdullayev olacaq.

Buna da bax:​ Avropa çempionatına bir gün qalmış Bakıda...

Sentyabrın 9-da prezident İlham Əliyev bu məqsədlə təşkilat komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

R.Abdullayev həm də əməliyyat işlərinə rəhbərlik edəcək.

2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) həvalə olunub

AFFA UEFA və Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqəli fəaliyyət göstərməlidir.

XS
SM
MD
LG