Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:40

Ekspert: 'Hərraclarda iştirak imkanları tükənib'


Vuqar Bayramov
Vuqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov Dövlət Neft Fondu (DNF) və Azərbaycan Mərkəzi Bankının (AMB-nin) valyuta ehtiyatları baxımından hərraclarda iştirak imkanlarının tükəndiyini bildirir: «AMB-nin 4 milyard dollarlıq valyuta ehtiyatı var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan DNF isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat köçürməlidir. Fond bu il 3 milyard 500 milyon dollardan çox valyutanı hərraclarda manata çevirib və təbii ki, büdcə öhdəlikləri bitənədək hərraclara qatılacaq. MB isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzunmüddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyil. Bu baxımdan valyuta bazarındakı növbəti dəyişikliklər DNF və AMB-nin hərraca nə qədər valyuta çıxarmasından birbaşa asılı olacaq».

Ekspert: «Dövlət Neft Fondu və Mərkəzi Bankın hərraclarda iştirak imkanları tükənib»

«Mərkəzi Bankın liberal məzənnə siyasətinə keçməsi qaçılmazdır»

V.Bayramovun sözlərinə görə, hər hərracda iri məbləğdə valyuta təklifi texniki baxımdan mümkün deyil: «Amma idxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbatı yenə artıracaq. Bütün hallarda AMB valyuta bazarında indiki tələbatı ödəməklə ilin sonuna doğru, Rusiya və Qazaxıstanda olduğu kimi, liberal məzənnə siyasətinə keçə bilər və bu, əslində, qaçılmazdır, çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir».

«AMB bu siyasətə hələ 2015-ci ildə keçməli idi»

V.Bayramovun fikrincə, AMB bu siyasətə hələ ötən il keçməli idi: «Amma keçmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə az qalıb».

Sentyabrın 8-də DNF-nin 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 551 milyon 900 min dollara çatıb. Mərkəzi Bankdansa bu il 835 milyon 400 min dollar alınıb. Beləliklə, manatın məzənnəsini nizamlamağa 4 milyard 387 milyon 300 min dollar sərf olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG