Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:47

Rahim Hacıyev prokurorluqda dindirilib


«Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev

«Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev

Sentyabrın 9-da «Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib. R.Hacıyev prokurorluğa şahid qismində çağırılıb.

Bu haqda jurnalistin özü məlumat verib.

R.Hacıyev ifadəsi ilə bağlı detallı bilgi verə bilməyəcəyini bildirib.

Buna da bax:​ Rahim Hacıyev: 'Hər şey ola bilər, həbs də istisna edilmir'

«Şahid qismində ifadə vermişəm. Təfərrüatlara vara bilmərəm. Bircə onu deyə bilərəm ki, suallar ümumən «Azadlıq» qəzetinin fəaliyyəti ilə bağlı idi», baş redaktorun birinci müavini bildirib.

Dindirmədə zamanı vəkil Əsabəli Mustafayev də Rahim Hacıyevlə birlikdə olub.

R. Hacıyevdən əvvəl «Azadlıq» qəzetinin əməkdaşlarından Vidadi Məmmədov, Xəyal Babayev və redaktor Sücəddin Şərifov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində dindirilmişdilər.

Onlar isə əsasən, hazırda həbsdə olan «Azadlıq» qəzetin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı dindirildiklərini bildirmişdilər.

Buna da bax:​ 'Gülençi' hesab olundun, paxlavan da müsadirə olunacaq...

Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fetullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.

AXCP isə onun həbsini siyasi sifariş sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG