Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:54

Londonda səfərdə olan müdafiə naziri Zakir Həsənov britaniyalı həmkarı Michael Fallon ilə görüşüb.

Xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mətbuat xidməti qeyd edir ki, görüşdə iki ölkə arasında hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan müdafiə naziri sentyabrın 7-də Londona gedib. O, sentyabrın 8-də Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşündə iştirak edib.

Görüş Böyük Britaniyanın müdafiə naziri Michael Fallon-un sədrliyi ilə keçirilmişdi. Həmin görüşə 80-ə yaxın ölkənin müdafiə naziri qatılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG