Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:05

Şimali Koreya beşinci nüvə sınağını “uğurlu” sayır


İllüstrativ foto

İllüstrativ foto

-

Şimali Koreya bildirir ki, beşinci nüvə sınağını uğurla həyata keçirib.

Dövlət mediasının sentyabrın 9-da yazdığına görə, “yeni hazırlanmış nüvə başlığı” sınaqdan keçirilib və indi ölkə nüvə qurğusunu ballistik raketlərin üstünə quraşdıra bilər.

Bu açıqlamadan öncə Şimali Koreyanın Pyunggye-ri nüvə sınağı sahəsi yaxınlığında nəhəng seysmik hadisə aşkarlanıb. Şimali Koreya bildirir ki, bu, Pxenyanın indiyədək həyata keçirdiyi ən böyük yeraltı partlayışdır.

Cənubi Koreya və Yaponiya liderləri bu sınağı təhlükəli və “ciddi provokasiya” adlandırıblar. ABŞ xəbərdarlıq edib ki, bunun “ciddi fəsadları” ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG