Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

Dağlıq rayonlarda yağış gözlənilir


Foto illüstrasiya
Foto illüstrasiya

Sentyabrın 10-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Yarımadada gecə 19-22, gündüz 25-29, Bakıda gecə 20-22, gündüz 25-29 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacağı təxmin edilir.

XS
SM
MD
LG