Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:40

Azərbaycan nefti 50 dolları keçdi


Arxiv fotosu
Arxiv fotosu

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX («New York Mercantile Exchange») birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 0,38 dollar azaldığı bildirilir. İndi «Layt» neftin 46,06 dollara satıldığı deyilir.

«AzəriLayt» markalı neftin bir barrelinin qiyməti 2,46 dollar bahalaşıb 50,51 dollara yüksəlib.

Londonun ICE («InterContinental Exchange Futures») birjasında «Brent» markalı neftin də qiymətinin 0,45 dollar düşdüyü açıqlanıb. «Brent» neft 48,38 dollar olub.

Buna da bax:​ «AzəriLayt» bahalaşır

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti isə 2,46 dollar bahalaşıb. «AzəriLayt» 50,51 dollara yüksəlib.

Halbuki, bu həftənin əvvəlində Azərbaycan nefti 47 dollara satılırdı. Azərbaycan neftinin «qızıl dövrü» 2008-ci ildə olub. Həmin vaxt «AzəriLayt» 149 dollara yüksəlmişdi.

XS
SM
MD
LG