Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:15

“İŞİD-in məhvi terror təhlükəsini bitirməyəcək”


James Comey, arxiv fotosu

James Comey, arxiv fotosu

-

Hətta İraqda və Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının məhvi sivil dünyaya terror təhlükəsini bitirməyəcək. Bu xəbərdarlıqla ABŞ kəşfiyyat rəsmiləri çıxış ediblər.

“Məncə, gələn beş il ərzində FBI-ya əsas təhlükə xilafətin əzilməsindən doğacaq”, bunu Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James Comey sentyabrın 8-də Vaşinqtonda mətbuat konfransında deyib. Comey bildirib ki, qruplaşmanın məhvindən sonra “yüzlərlə killer döyüş səhnəsində ölməyəcək, qaçacaqlar”. O, çoxunun Qərbi Avropaya üz tutacağını, Paris və Brüsseldəkinə oxşar hücumlar törədəcəyini, digərlərinin isə savaşı Birləşmiş Ştatlara gətirəcəyini istisna etməyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru John Brennan də razılaşıb ki, döyüşçülərin çoxu döyüş meydanında ölmür və öz ölkələrinə qayıdaraq hücumlar təşkil edirlər. O vurğulayıb ki, nə vaxtsa İraqda Al-Qaeda döyüşçülərinin sayı bir neçə yüzə salındı, amma onlar İŞİD formasında yenidən üzə çıxdılar.

“Məncə, onların çoxu hələ neçə il Birləşmiş Ştatlar və digər ölkələrə problem yaradacaqlar”, Brennan söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG