Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:19

Trump Rusiyanın seçkiyə müdaxiləsindən danışıb


Litvada Putin-Trump qraffitisi

Litvada Putin-Trump qraffitisi

-

Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi “real görünmür”. Bunu ABŞ-da prezidentliyə respublikaçılardan namizəd Donald Trump Rusiyanın maliyyələşdirdiyi RT televiziyasına deyib.

Trump son günlər Rusiya Prezidenti Vladimir Putin-i təriflədiyinə görə hər iki partiyanın tənqidiylə üzləşib. Ondan müsahibəni amerikalı veteran jurnalist Larry King alıb. Onun verilişi çərşənbə axşamları “Russia Today”in ABŞ tərəfdaşı RT America-nın efirində yayımlanır.

King ABŞ kəşfiyyat agentliklərinin Rusiyanın seçki prosesini kiberhücumlarla pozmağa çalışması barədə məlumatları araşdırması barədə sual verib. Trump deyib ki, buna şübhəylə yanaşır.

ABŞ kiber təhlükəsizlik ekspertləri Rusiya kəşfiyyat agentliklərini Demokratlar Partiyasının elektron yazışmalarına müdaxilədə suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG