Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

NİDA üzvünün məhkəməsi başlayıb


Qiyas İbrahimov
Qiyas İbrahimov

NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə baxılır.

Sentyabrın 8-də keçirilən hazırlıq iclasında Q. İbrahimov ona dövlət hesabına təyin olunmuş vəkil Arif Nəsirovun xidmətindən imtina edib və bu barədə məhkəməyə yazılı ərizə təqdim edib.

Bundan sonra prokuror gənc fəalın barəsində həbs-qətimkan tədbirinin müddətinin sentyabrın 10-da başa catacağını bildirərək, həbs müddətinin uzadılması barədə vəsatət verib.

Buna da bax:​ Amnesty gənc fəallarla bağlı açıqlama yayıb

Məhkəmənin qərarı ilə Qiyas İbrahimovun həbs müddəti hazırlıq iclasının qərarı elan olunana qədər uzadılıb.

Qiyas İbrahimovun vəkili Elçin Sadıqov isə gənc fəalın ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra vəkilin vəsatətinin təmin olunmadığını açıqlayıb. Məhkəmənin qərarı ilə həmçinin həbs müddəti hazırlıq iclasının qərarı elan olunana qədər uzadılıb. Hazırlıq iclasının davamı sentyabrın 20-nə təyin olunub.

Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilir. İttihamlar təsdiqlənərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Onunla birlikdə saxlanan başqa bir gənc fəal Bayram Məmmədovun isə istintaqı başa çatmayıb. Sentyabrın 6-da Xətai Rayon Məhkəməsi onun həbs müddətini daha 2 ay uzadıb.

Buna da bax:​ Ombudsman Aparatı 'işgəncə yoxdur' deyir, vəkil razılaşmır

Q.İbrahimov B.Məmmədovla birgə mayın 10-da saxlanıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham olunsalar da, işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər. Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

XS
SM
MD
LG