Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:40

Azərbaycan Mərkəzi Bankı manatın sentyabrın 9-na olan məzənnəsini açıqlayıb.

Rəsmi məzənnəyə görə, sentyabrın 9-da bir dollar 1,6403 manata bərabər olacaq.

Son 2 gündə rəsmi məzənnə elə 1,6403 manat təşkil etmişdi.

Son aylar günlük fasilələrlə manatın dollara nisbətdə tədricən ucuzlaşması müşahidə olunur.

Baş verənlərin fonunda ölkədə «qara valyuta bazarı»nın canlandığı bildirilir. Son günlər «qara bazar»da bir dolların 1.80 manata satıldığı deyilir.

Bu gün, sentyabrın 8-də valyuta hərracında Neft Fondunun 200 milyon ABŞ dolları satdığı bildirilir. Bundan başqa Mərkəzi Bankın da hərracda 100 milyon dollar satdığı qeyd edilir. Bəzi saytların xəbərlərinə görə, hərracda ümumilikdə 300 milyon dolların satılmasına baxmayaraq təklif tələbdən aşağı olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG