Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:04

"Nikoil Bank"ın dörd filialının icazəsi ləğv olunub


Nikoil bank (logo)
Nikoil bank (logo)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) Direktorlar Şurası sentyabrın 6-da “Nikoil” İKB ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətinə xitam verib.

Palatanın bildirməsinə görə, bununla da bank fəaliyyətinin həyata keçirilməsindən ötrü verilmiş icazələr ləğv edilib.

Buna da bax:​ Banklar bağlanır, işsizlər artır

Palatanın bildirməsinə görə, bununla da bank fəaliyyətinin həyata keçirilməsindən ötrü verilmiş icazələr ləğv edilib.

İcazələrin ləğv olunmasına səbəb, sözügedən filiallarda Palatanın apardığı sağlam kreditləşmə normalarına riayət edilməməsi göstərilir. Habelə, kassa əməliyyatlarında qanun pozuntusuna yol verildiyi, uçotun təhrif olunduğu bildirilir. Bundan əlavə qeyd edilir ki, yerində baxış zamanı bankın filiallarında olan mübadilə kassalarındakı faktiki qalığın balans məlumatından kənarlaşması müəyyən edilib. Palata əlavə edir ki, apardığı kassa yoxlamaları zamanı, filialların kassalarında xarici valyutanın mövcud olmasına baxmayaraq, satış əməliyyatı aparılmayıb.

Həmçinin, MBNP bəyan edir ki, “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri”nin tələbləri gözlənilməyib. Borcalanın aylıq borc yükünün onun gəlirinə nisbəti əmsalı pozulub.

Buna da bax:​ 'Bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir'

Palatadan o da bildirilib ki, xarici valyuta ilə istehlak kreditlərinin verilməsini aprelin 5-dən bir ay müddətinə qadağan etməsinə baxmayaraq belə hallar aşkarlanıb.

“Nikoil” İKB ASC-dən MBNP-nin bu qərar və açıqlamasına, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG