Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Rusiyanın Mərkəzi Bankının "qara siyahı"sında 5500-dən çox bank işçisi var. Bunlar banklarda problem yaradan top menecerlərdir.

Bunu Mərkəzi Bankın sədr müavini Mikhail Sukhov bildirib.

Həmin şəxslər bir neçə il bankların idarə heyətinə daxil ola bilməz.

Bundan başqa onlar banklarda 10 faizdən artıq pay ala bilməz.

Avqustun 25-də Mərkəzi Bankın təştiş idarəsinin rəsi Vladimir Safronov bildirdi ki, banklarda bu ilin birinci yarısında 3200 saxta əmanət aşkar olunub, onların da ümumi məbləği 2,8 milyard rubldur.

Onun sözlərinə görə, banklarda əsas problem isə bankların krediti elə öz sahiblərinə verməsidir.

XS
SM
MD
LG