Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:43

Gənc fəal Bayram Məmmədov şikayət verib


Bayram Məmmədov
Bayram Məmmədov

Gənc fəal Bayram Məmmədovun həbs müddətinin 2 ay artırılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc barəsində həmin qərarın ləğv edilməsi istənilir.

Bu haqda «Turan» İnformasiya Agentliyinə B.Məmmədovun vəkili Elçin Sadıqov məlumat verib.

Buna da bax:​ Vəkil: 'Gənclərin hüquqları pozulur'

Vəkil hesab edir ki, Xətai Rayon Məhkəməsi əsassız olaraq gənc fəal barəsində həbs müddətini artırıb.

«Hesab edirik ki, Xətai Rayon Məhkəməsi qərar verərkən, uyğun daxili qanunvericiliyi, habelə Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsini pozub. Ümidvarıq ki, apelyasiya instansiyası qərarı ləğv edəcək», vəkil bildirib.

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb

Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Buna da bax:​ NİDA-çı məhbus ilk dəfə valideynləri ilə görüşdü

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Q.İbrahimovun işi isə artıq məhkəmədədir.

XS
SM
MD
LG