Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

Taliban Əfqanıstanın cənub vilayətinin paytaxtına girib


Əfqanıstan, arxiv fotosu

Əfqanıstan, arxiv fotosu

-

Əfqanıstan rəsmiləri bildirirlər ki, Taliban yaraqlıları ölkənin cənubundakı Uruzqan vilayətinin paytaxtına girib. Sentyabrın 8-də səhər tezdən Tarin Kovt ətrafında bütün nəzarət məntəqələri dağıdılıb. Vilayət sözçüsü Doost Mohammad Nayab deyib ki, şəhərdəki polis məntəqəsi təhlükəsizlik qüvvələrinin əlindədir.

Adı çəkilməyən polis rəsmisinin sözlərinə görə, vilayət rəhbərləri şəhər aeroportuna çəkiliblər. Burada əfqan hərbi bazası yerləşir.

Amma yerli polis rəhbəri Mohamad Wais Samimi daha sonra deyib ki, Taliban Tarin Kovtdan çıxarılıb. “Bütün şəhər, regionlar əlimizdədir”, o söyləyib.

Bu arada Uruzqana qonşu Helmand vilayətində, şimaldakı Kunduz şəhərində əfqan təhlükəsizlik qüvvələri və ABŞ hərbi missiyası Talibanı geri oturtmağa çalışır.

Hökumət qüvvələri şərqi Nangarhar vilayətində İslam Dövləti (İŞİD) yaraqlıları ilə də savaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG