Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 8-də Fransanın Avropa Məsələləri üzrə Dövlət naziri Harlem Desir ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı durumu barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər münaqişənin həlli üzrə substantiv (əsaslı) danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər.

Nazir Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaqdan ötrü Azərbaycanın daim nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə həmçinin, Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunduğu bildirilir.

Elmar Məmmədyarov Fransada işgüzar səfərdədir. O, sentyabrın 7-də Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü sessiyasında iştirak etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG