Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Ukraynada deputat Sergei Leshenko-nun Kiyevdə prestijli bir yeni tikilidə mənzil alması barədə məlumat yayılıb. Media həmin mənzilin dəyərinin 7.55 milyon qrivna olduğunu yazır. Leshenko özü isə Korrupsiyayla Mübarizə İdarəsindən məsələni araşdırmağı xahiş edib. Məlumatı «RIA Novosti» agentliyi yayıb.

Konstitusiya hüququ üzrə ekspert Aleksandr Moskalyuk Ukraynanın «Paytaxtın Səsi» radiostansiyasına bu məsələnin niyə ictimai rezonans doğurması barədə danışıb.

«Məndə elə bir hiss var ki, Leshenko öz imicinin girovuna çevrilib. O, özünü korrupsiyayla mübarizə aparan şəxs kimi göstərib. Korrupsiya ilə mübarizəyə girişirsənsə, bilməlisən ki, sənə xüsusi diqqət ayrılacaq, hamıdan çox. Ukraynada elə bir adam tanımıram ki, həm korrupsiya ilə mübarizə aparsın, həm də tərtəmiz olsun», - o deyib.

Amma daha öncə politoloq Petr Okhotin demişdi ki, Sergei Leshenko ətrafında süni şəkildə qalmaqal yaradılır. Bununla korrupsionerlər diqqəti özlərindən yayındırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG