Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:34

Hərracda 200 milyon dollar satılıb


Bu gün, sentyabrın 8-i növbəti valyuta hərracı keçirilib. Azərbaycan Dövlət Neft Fondu (ADNF) bildirir ki, hərraca 200 milyon ABŞ dolları çıxarıb. Bu vəsait 22 banka satılıb.

Son aylar keçirilən hərraca bir qayda olaraq 50 milyon ABŞ dolları çıxarılırdı. Bu dəfə isə hərracda həmin məbləğdən 4 dəfə çox vəsait təklif edilib və satılıb. Bəzi saytların bildirməsinə görə, əslində hərracda yenə təklif tələbdən aşağı olub.

Son günlər ölkədə dollar qıtlığı yaşanır. Ölkənin əksər bankları dollar satışını dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG