Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:02

Sentyabrın 8-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin həbsdə olan qaynı, «Texnikabank»ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun şikayətinə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyev E.Seyidovun yenidən ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Əvvəlki ekspertiza E.Seyidovun dağınıq skleroz xəstəliyindən əziyyət çəkdiyini təsdiqləyib. Bu xəstəliklə əlaqədar E.Seyidovun vaxtından əvvəl həbsdən buraxılması üçün Qaradağ rayon Məhkəməsinə müraciət olunsa da, iddia təmin edilməyib. Məhkəmə belə nəticəyə gəlib ki, bu xəstəlik onun cəza çəkməsinə mane olmur. Məhkəmənin bu qərarından apellyasiya şikayəti verilib. Bu gün Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Elnur Seyidov 2012-ci ilin martında MTN tərəfindən «Texnikabank» işinə görə həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Elnur Seyidov özü ittihamları rədd edir. AXCP sədri Əli Kərimli də Elnur Seyidovun onunla qohumluğa görə cəzalandırıldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG