Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:06

Trump: “Putin Obama-dan yaxşıdır”


Donald Trump (sağda) və Vladimir Putin, qraffiti

Donald Trump (sağda) və Vladimir Putin, qraffiti

-

ABŞ-da prezidentliyə respublikaçılardan namizəd Donald Trump bir daha Rusiya Prezidenti Vladimir Putin-i tərifləyib, deyib ki, o, ABŞ Prezidenti Barack Obama-dan daha yaxşı liderdir.

“Putin qat-qat yaxşı liderdir. O, ölkəni çox güclü idarə edir. Bu, çox fərqli sistemdir, əslində, sistemi elə də sevmirəm. Amma elə bir sistemdə o, bizim prezidentdən daha güclü lider olub”, Trump sentyabrın 7-də NBC televiziyasında prezident forumunda deyib. Trump-la demokratların namizədi Hillary Clinton mili təhlükəsizlik məsələləriylə bağlı sualları cavablandırıblar.

Prezident seçilərsə, Rusiyaya gərginliyi azaldacaqmı sualını Trump belə cavablandırıb: “Putin-lə çox, çox yaxşı münasibət qurardım, Rusiyayla çox, çox yaxşı əlaqələr yaradardım”.

Trump söyləyib ki, Moskva da Vaşinqton kimi İslam Dövləti (İŞİD) qruplaşmasını məğlub etməyə çalışır. “Rusiyayla münasibətimiz olsaydı, İŞİD-ə qarşı birlikdə işləyə bilməzdikmi? Bu, gözəl olmazdımı?”, prezidentliyə namizəd vurğulayıb.

Putin-i təriflədiyinə görə Trump dəfələrlə tənqid olunub. Amma o, heç vaxt üzrxahlıq etməyib, Putin-dən kompliment eşitdiyinə görə özünü xoşbəxt hiss etdiyini vurğulayıb. Putin də bir dəfə Trump-ı ünvanın xoş sözlər söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG