Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:25

Həmsədrlər Moskvada toplaşır


Həmsədrlərin Ermənistan prezidenti ilə görüşü.

Həmsədrlərin Ermənistan prezidenti ilə görüşü.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün, sentyabrın 8-də Rusiya paytaxtı Moskvada Qarabağ münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr keçirməlidir.

Bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı məlumat yaymışdı.

«Toplantıda Dağlıq Qarabağ nizamlanmasına dair aktual məsələlər müzakirə olunacaq. Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşmasının gedişinə xüsusi diqqətin ayrılması nəzərdə tutulur», - məlumatda deyilirdi.

Müzakirələrdə həmsədrlər James Warlick (ABŞ), Igor Popov (Rusiya), Pierre Andrieu (Fransa) və ATƏT sədrinin şəxsi köməkçisi Andrzej Kasprzyk iştirak etməlidir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Münaqişənin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG