Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:48

‘Azadlıq’ın redaktoru da prokurorluqda ifadə verib


«Azadlıq» qəzetinin işçiləri piket edərkən
«Azadlıq» qəzetinin işçiləri piket edərkən

Sentyabrın 7-də «Azadlıq» qəzetinin redaktoru Sücəddin Şərifov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib.

Bu barədə «Turan» İnformasiya Agentliyinə Sücəddin Şərifov özü məlumat verib.

«Bu gün (sentyabrın 7-si) səhər saatlarında Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən zəng edib şahid qismində dəvət etdilər. Təfərrüatlara vara bilmərəm. Ümumi onu deyə bilərəm ki, saat 15-də başlayan dindirmə iki saata yaxın çəkdi. Suallar Faiq Əmirliyə açılmış cinayət işi ilə bağlı idi. Dindirilməni idarənin müstəntiqi Aqil Ələsgərov apardı», jurnalist bildirib.

Buna da bax:​ Çapını dayandırmağı azmış kimi əməkdaşları da prokurorluğa çağırılıb

Suallar Faiq Əmirliyə açılmış cinayət işi ilə bağlı idi.

Sücəddin Şərifovdan əvvəl qəzetin əməkdaşları Xəyal Babayev və Vidadi Məmmədov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində bu işlə bağlı dindirilib.

«Azadlıq» qəzetinin yayım üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli avqustun 20-də saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

XS
SM
MD
LG