Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:33

Sentyabrın 1-dən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda çalışan işçilərin ştat üzrə aylıq vəzifə maaşları qaldırılıb. Artım 10 faizədək olub.

Bu haqda nazirliyin sentyabrın 7-də yaydığı məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, əmək haqlarının artırılması zamanı əsasən, regionlara və vətəndaşlara birbaşa xidmət göstərən müəssisələrin əməkdaşlarına üstünlük verilib.

Artım «Aztelekom» MMC-nin baş idarəsində 5, digər bütün müəssisələrdə 10 faiz olub. Əmək haqları «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin Xətai, Yasamal, Nizami, Sabunçu, Qaradağ Telefon qovşaqlarında 5 faiz təşkil edib. Xəzər, Bakı Avtomat Telefon Qovşağı, «Teleradio» İstehsalat Birliyində, «Azərmarka»da və «Hərbiləşdirilmiş Mühafizə İdarəsi»ndə isə 10 faiz olub.

Buna da bax:​ Poçt şöbələrini tapmaq asanlaşdı

2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 488,1 manat təşkil edib.

İqtisadiyyatın digər sahələri ilə müqayisədə informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Hazırda sektor üzrə orta aylıq əməkhaqqının 746.8 manat olduğu bildirilir.

Ötən il Azərbaycanda 2 dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında 2 dəfə dəyər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG