Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:31

Böyrək köçürülməsinə növbədə neçə xəstə var?


Böyrək xəstəsi

Böyrək xəstəsi

«Bu gün Azərbaycanda 100-dən çox xəstə böyrək köçürülməsindən ötrü növbə gözləyir».

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, bunu Respublika Uroloji Xəstəxanasının böyrək nəqli şöbəsinin müdiri Şahlar Nəsirov bildirib.

Sentyabrın 7-də böyrək xəstəliklərinə həsr olunmuş tədbirdə çıxış edən Ş.Nəsirov qeyd edib ki, böyrək xəstəliyi «gəncləşir».

Buna da bax:​ 1 milyon əhaliyə 400 hemodializli xəstə düşür

Böyrək xəstəliklərinə həsr olunmuş tədbirdə çıxış edən Ş.Nəsirov qeyd edib ki, böyrək xəstəliyi «gəncləşir».

«Bu xəstəxanada ildə 1200-ə yaxın cərrahiyə əməliyyat həyata keçirilir. Ötən il 500 əməliyyat uşaqlar üzərində olub. Ümumilikdə il ərzində uşaq urologiyası şöbəsinə 2100-dən çox xəstə müraciət edib», həkim deyib.

Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə bildirib ki, böyrək xəstəlikləri anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə xəstəliklər irsən keçir.

Buna da bax:​ «Böyrək günü» uşaqlara həsr edilib

«Ölkədə böyrək ağrıları kəskinləşən xəstələrin sayı 10 minə yaxındır. Onların 3100-ü böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub. Onlar arasında 15 yaşına qədər 6 uşaq da var, ən kiçiyi 6 yaşındadır», deyə Babayev bildirib.

Son üç ildə 49 xəstəyə canlı donordan böyrək köçürüldüyü bildirilir.

Hazırda Azərbaycanda böyrək köçürülən xəstələrin sayının 732 nəfər olduğu deyilir. Dövlət onların dərmanla təmin olunmasını öz üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG