Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:57

3 qurum «exit-poll» keçirəcək


Exit-poll
Exit-poll

Sentyabrın 26-da referendumda «exit-poll» keçirməkdən ötrü müraciət edən 3 yerli təşkilat qeydə alınıb. Müraciətlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 7-də keçirilən iclasında baxılıb.

Müzakirələrin yekununda «exit-poll» keçirməkdən ötrü müraciət edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, «Els» Müstəqil Araşdırmalar Mərkəzi qeydə alınıb. «Rəy» Monitorinq Mərkəzinin müraciətinə isə gələn iclasda baxılacaq.

Buna da bax:​ 4 yerli təşkilat «exit-poll» keçirmək istəyir

Azərbaycanda 2005-ci il parlament seçkilərindən bəri «exit-poll»ar keçirilir. İndiyə qədər «exit-poll» keçirən istər yerli, istərsə də xarici təşkilatlardan heç birinin rəyini müstəqil və müxalif qüvvələr etimadla qarşılamayıblar. Həmin təşkilatların keçirdiyi "exit-poll"arın nəticələri də MSK-nın açıqladığı nəticələrdən əsasən fərqlənməyib.

Üstəlik, Azərbaycanda indiyə qədər «exit-poll» keçirən təşkilatlar maliyyə qaynaqları ilə bağlı cəmiyyətə şəffaf hesabat təqdim etməyiblər.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Sentyabrın 26-da konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Həmçinin, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG