Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Müsavat Partiyası başqanı Arif Hacılı və partiyanın Mingəçevir şəhər təşkilatının sədri Nürəddin Rüstəmli polisə çağırılıb.

Arif Hacılı sentyabrın 8-də saat 11:00-da Bakı Baş Polis İdarəsində olmalıdır. N.Rüstəmlidən isə sentyabrın 7-də günortadan sonra Mingəçevir şəhər Polis İdarəsində olması istənilib.

Bu haqda partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı xəbər verib.

Onun deməsinə görə, çağırış partiyanın sentyabrın 18-nə təyin etdiyi mitinqlə bağlıdır.

...çağırış partiyanın sentyabrın 18-nə təyin etdiyi mitinqlə bağlıdır.

Müsavat Partiyası sentyabrın 26-da referenduma çıxarılacaq konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya referenduma qədər dəyişiklik təkliflərinin əleyhinə təbliğat aparmaq niyyətindədir.

Buna da bax: Jurnalist prokurorluqda dindirilib

Ancaq Mərkəzi Seçki Komissiyası partiyanın təsis etdiyi «Respublika» təşəbbüs qrupunu qeydə almayıb. Beləliklə, partiya ödənişsiz efir imkanından məhrum olub.

Partiya sentyabrın 18-nə referendum əleyhinə mitinq təyin edib.

Bundan başqa Müsavat Partiyası referendumun əleyhinə olan Milli Şuranın sentyabrın 11-nə təyin olunmuş mitinqinə də dəstək verəcəyini açıqlayıb.

Sentyabrın 26-da konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG